Türkiyənin tanınmış müğənnisi İsmayıl YK “Show” TV-də nümayiş olunan “Evleneceksen gel” verilişinin iştirakçısı Solmaza elçi düşüb.
Oxu.Az xəbər verir ki, bundan əvvəl Kaan və Nurullah adlı namizədlərində axtardığını tapa bilmədiyini söyləyən Solmaz, ifaçını proqramda gördükdə təəccüblənib.
“O, mahnı oxuyar, mən də rəqs edərəm. Sonda ürəyimə yaxın bir nəfər gəldi”, - deyə o vurğulayıb.
Türkiyə mətbuatı isə tanınmış müğənnilərin tez-tez evlilik proqramlarında yer almasını verilişin əməkdaşları tərəfindən qurulan səhnəcik olduğunu və buna reytinq xatirinə əl atdıqlarını yazır.
A.S.
www.oxu.az