Fevralın 3-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə növbəti hərrac keçiriləcək.
Oxu.Az xəbər verir ki, istiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib.
| Hərracın keçirilməsi tarixi | 03.02.2017 |
| Dövlət istiqrazının növü | DQİ |
| Qiymətli kağızın İSİN kodu | AZ0104001547 |
| Ümumi həcmi (manat) | 15 000 000 |
| Bir istiqrazın nominal dəyəri (manat) | 100 |
| İstiqrazların tədavül müddəti | 364 gün |
| Faiz gəliri | - |
| Faiz gəlirinin ödəniş tarixləri | - |
| Ödəmə tarixi | 02.02.2018 |
| Hərracın baş tutması üçün toplanmalı olan sifarişlərin həcmi (hərraca çıxarılmış istiqraz həcminə nəzərən)* | - |
| Anderrayter | Paşa Kapital İŞ QSC |
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
U.A.
www.oxu.az