Atelier JAN x Murad Osmann Bisque Konseptual Mağazasının dəstəyilə xeyriyyə layihəsi keçirir.
Atelier “JAN” modalar evi populyar bloqqer Murad Osmann ilə birlikdə minimalist stilə üstünlük verən insanlar üçün svitşotlar və maykalar təqdim edir.
Oxu.Az buro247.az saytına istinadla xəbər verir ki, xeyriyyə layihəsinə Nargis jurnalının təsisçisi və baş redaktoru, Buro247.az saytının təsisçisi Ülviyyə Rəhmanova, Hokuma by Hokuma Hajiyeva brendinin kreativ direktoru Hökumə Hacıyeva, incəsənət kolleksioneri və sərgi kuratoru Fərəh Piriyeva, o cümlədən Azərbaycanın incəsənət və moda sahəsində tanınan digər məşhurları dəstək olublar.
Satışdan əldə edilən gəlir tənha analara dəstəyə yönəldiləcək. Svitşotlar və maykalar may ayının 20-dək Neftçilər prospekti, 127 ünvanında yerləşən Bisque Konseptual Mağazasında satışda olacaq.