Sosial şəbəkədə tanınmışların üzü al-qan içində şəkilləri yayılıb.
Oxu.Az xəbər verir ki, bu, “Qadınlara, uşaqlara, yaşlılara qarşı şiddətə dur” aksiyasından çəkilən fotolardır.
Layihədə müğənni Dilarə Kazımova, Şölə Səfərəliyeva, Sevil və Sevinc bacıları, model Minarə Allahverdiyeva və qızı Nərgiz, jurnalist Aytən İmanova və başqaları iştirak ediblər.
Fotoların müəllifi Məhəmməd Ağa, qrim rəssam Firuzə, layihənin rəhbəri Şəfiqə Fərzəliyevadır.