Neftlə çirklənmiş və yaşayış standartlarına cavab verməyən ərazilərdə yenidənqurma işləri aparılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə AzNews.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev məlumat verib.
O, bildirib ki, Böyük Bakının Regional İnkişaf Planında mənzil tələbatının müvafiq səviyyədə ödənilməsi məqsədilə yeni məskunlaşma ərazilərinin də salınması nəzərdə tutulur.
“Planda çirklənmiş ərazilər təmizlənmədən inkişaf tədbirlərinin aparılması qadağan olunacaq. Sumqayıtın sahilyanı ərazilərində yerləşən sənaye zonalarının təmizlənərək rekreasiya məqsədləri üçün istifadə olunması da nəzərdə tutulur”- deyə C.Qocayev bildirib.
E.Ə.
www.oxu.az