İlin ən gözlənilən acılışının vaxtı bəlli oldu.
Belə ki dünya şöhrətli 5 ulduzlu Rixos otel şəbəkəsinə daxil olan “Rixos Quba Azərbaycan” otelinin acılışı dekabrın 31-də möhtəşəm konsert proqramı ilə qeyd olunacaq.
Oxu.Az xəbər verir ki, pop musiqi ikonası meqastar Tarkan Yeni ili Qubada, əsrarəngiz performans ilə qeyd edəcək.
Türkiyəli ulduz repertuarına daxil olan ən sevilən mahnıları dekabrn 31-dən yanvarın 1-nə keçən gecə otelin möhtəşəm səhnəsində ifa edəcək.
Gecədə eksklüziv hava-fişəng şousu ilə hovuz başında Yeni Il gerisayım mərasimi, Türkiyənin ən məşhur Dj-i, Burak Yeterin iştirakı ilə səhərə qədər non-stop DJ Party və bir çox digər sürprizlərin olacağı gözlənilir.

Aytən Sadıqzadə
www.oxu.az