Xəbər verdiyimiz kimi türkiyəli müğənni İbrahim Tatlısəs əməliyyat olunmaq üçün neçə müddətdir Amerika Birləşmiş Ştatlarının Mayami şəhərinə yollanıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tatlısəsin prodüseri Eyüp Kanat əməliyyatdan sonra sosial şəbəkədə məlumat paylaşıb:
“İbrahim Tatlısəsin əməliyyatı Türkiyə saatıyla günortadan sonra başladı və 4.5 saat davam etdi. Hazırda Tatlısəsin səhhəti yaxşıdır. Zəng edən, dualarını əsirgəməyən dostlarına, sevənlərinə təşəkkür edirik”.
Aytən Sadıqzadə
www.oxu.az