Üçüncü dəfə AK Partiyanın qapısını döyən İbrahim Tatlısesin növbəti dəfə də millət vəkili seçilmək üçün namizədliyi qəbul olunmayıb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, 2007-ci il seçkilərində Gənc Partiyadan namizəd olan Tatlıses 2011-ci il və 7 iyun 2015-ci il seçkilərində də AK Partiyaya namizədliyini irəli sürüb.
İki müraciəti də mənfi nəticələnən Tatlıses 1 noyabr seçkiləri üçün 3-cü dəfə yenə AK Partiyaya namizədliyini verib.
Məşhur sənətçinin 1 noyabrda reallaşdırılacaq seçkilərdə namizədliyi yenə qəbul olunmayıb.
Aytən Sadıqzadə
www.oxu.az