“Game of Thrones” ("Taxt oyunları") serialında heç bir obraz Sansa Starkdan daha çox davam gətirə bilmədi. Artıq yeddinci sezon başlayır, aktrisa Sofi Törner etiraf edir ki, bu serial ona düzgün şəkildə qəhvə hazırlamaqdan daha çox şey öyrədib.
Oxu.Az bu barədə redbull.com-a istinadla xəbər verir.
- Bu gün ilk başladığınız vaxtdakı Sofi Törnerə hansı məsləhətləri vermək istərdiniz?
- Sansa Starkın özünə verəcəyi məsləhətin eynisini vermək istərdim: oyan. Dünyaya çəhrayı eynəklərlə baxma. Ətrafındakı insanların nə dediyinə diqqət yetir və anlamağa çalış. Sən tanış olduğun hər bir insandan yeni nəsə öyrənəcəksən və zamanı gəldiyində, aldığın bu dərslərdən öyrəndiyin hər bir şeyi yaxşı məqsədlər üçün istifadə edəcəksən.
- Keçmişdə siz dünyaya çəhrayı eynəklərin arxasından baxırdınız?
- Yox, lakin mən özümə deyərdim ki, müşahidə et və öyrən. Heç bir şeyi hədiyyə kimi qəbul etmə. Sansada mənə ilham verən çox şey var - xüsusilə onun güclülüyü və müstəqilliyi. Bu, mənə karyeramı idarə etmək üçün motivasiya verir. Mən istəyirəm ki, getdiyim istiqamət barədə deməyə çox sözüm olsun və etdiyim hər bir işə daha yaradıcılıqla yanaşım.
Lakin Sansa son bölümlərdə insanları öz xeyrinə olacaq şəkildə yönləndirir...
O, ən yaxşıların yaxşısından öyrənib. Hər nə olursa olsun, o, kimin ona sadiq olduğunu, kimin olmadığını müəyyən etməlidir.
- Kimə etibar edə biləcəyinizi bilirsiniz?
- Mən insanların fikirlərini çox yaxşı oxuya bilirəm. Əsasən, heç kim mənim yanımda yalan danışa bilmir.
- Bunu necə öyrənmisiniz?
- Bu, intuitivdir. Bəlkə də, bu, Sansanın Littlefingerlə olan təcrübəsindən və ya ümumilikdə aktrisa olmağımdan irəli gəlir. Sən insan psixologiyası haqqında daha çox şey bilirsən, çünki bunu saatlarla oxuyursan.
- Təsəvvür edin ki, Sansa Dəmir Taxta sahib olub... O, yaxşı hökmdar ola bilərdi?
- Fikirləşirəm ki, əgər o, ətrafında baş verənlərə baxmayaraq, sakit ola biləcəksə, onda yaxşı hökmdar ola bilər. Lakin mən fikirləşmirəm ki, onun taxtı ələ keçirmək kimi bir arzusu olsun. O, məhkəmədə necə dəhşətli, kinli, gizli və iyrənc insanların olduğunu görmüşdü və bunun bir parçası olmaq kimi bir arzusu yox idi. Lakin əgər o, lider olmalı olsaydı, bir çox dəyişikliklər edərdi. Mənim ilk ümumi hökmüm bu olardı ki, heç kim kimisə istismar etməyəcək və heç kimə qarşı ayrı-seçkilik etməyəcək. Mənim ümumi idarəetmə üsulum belə olardı: Gəlin istənilən yerdə, istənilən qərarlar yaradaraq heç kimi özümüzdən uzaqlaşdırmayaq. Hər kəs eyni yaradılıb.
- Belə bir şayiə eşitmişik ki, siz "Starbucks"da işləmək istəyirsiniz, çünki normal həyata qayıtmağı arzulayırsınız. Bu, doğrudur?
-Bəli, mənim belə bir arzum var. Lakin düzünü desəm, mən qəhvə hazırlamağı bacarmıram. "Starbucks"da yaxşı nəticə əldə edə bilməyəcəyəm.
A.S.
www.oxu.az