Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bir qədər əvvəl Heydər Əliyev prospektində, metronun "Koroğlu" stansiyası istiqamətində əsas yolda “Prado” markalı nəqliyyat vasitəsi aşıb.
Hazırda prospektin həmin hissəsində sıxlıq var.
E.Ə.
www.oxu.az