Türkiyəli aktyor Ozan Güvən çəkilişləri gələcək ay Makedoniyada başlayacaq filmdə canlandıracağı obraz üçün psixoloji dəstək alır.
Oxu.Az xəbər verir ki, aktyorun baş rolu Məryəm Uzerli ilə paylaşacağı yeni film 1992-1995-ci illərdə Bosniyada müsəlmanlara edilən işgəncə və təcavüzləri əks etdirəcək. Aktyor filmdə canlandıracağı obraz üçün psixoloji dəstək alır.
Filmdəki təcavüz sahnəsi ilə əlaqədar psixoloqla görüşən Güvən rolunun inandırıcılığı və təcavüzçü adamın məntiqini anlamaq üçün bu yolu seçib.