Rusiyanın Rosselxoznadzor İdarəsinin Dağıstan Respublikası üzrə karantin-fitosanitar nəzarəti şöbəsinin mütəxəssisləri bazar günü 92 tonluq 5 partiya saxlayıb.
Oxu.Az “RİA Dağıstan”a istinadla xəbər verir ki, tərəvəzlərlə (kələm, tomat və s.) dolu yük maşınları Dağıstan ərazisinə İran və Azərbaycandan gəlib.
“Sərhəddə ümumilikdə təxminən 40 ton kələm, 40 tona yaxın tomat və 20 ton püstə saxlanılıb”, - İdarədən deyilib.
Məlumata əsasən, yüklər marka nişanlarının olmamsı səbəbindən saxlanılıb. Bu da karantində olan məhsulların Rusiyaya gətirilməsi qaydalarının pozulmasıdır.
“Yüklərin sahibləri öz hərəkətləri ilə “Bitkilərin karantini” haqqında federal qanunun bir sıra bəndlərini pozublar. Buna görə də inzibati məsuliyyət nəzərdə tutulur”, - məlumatda qeyd olunub.