Qahirədə məhkəmə Yaxın Şərqdə göbək rəqsinin tanınmış ifaçısı, Rusiya vətəndaşı Tsovinar Qriqoryana 6 ay həbs cəzası verib. O, həmçinin girov və cərimə də ödəməli olacaq.
Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, rəqqasə Misir bayrağını təhqir edib.
Qriqoryan Yaxın Şərqdə Safinaz ləqəbi ilə tanınır.
Qeyd edək ki, bu, onun yerli ədalət məhkəməsi ilə ilk problemi deyil.