Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Təranə Qumral: 10 manata hər yerdə var, gedin alın, zəhərlənin
Müğənni Təranə Qumralın qızı Fidan üçün Bakıda 1 kiloqramı 720 manata satılan alçadan alması hələ də ictimai medianın gündəmindən düşmür.
Oxu.Az xəbər verir ki, ifaçı sosial şəbəkə vasitəsilə onu tənqid edənlərə ismarıc ünvanlayıb.
“Mənim şəklimin altına gic-gic sözlər yazan səviyyəsizlər, az özünüzü dilənçi kimi aparın. Ay bilmirəm hamilədir, ay bilmirəm xəstədir... Hamınızın imkanı da, geyimi də var. Nə yaxşı əlinizdə bahalı telefonlarınız var, “Instagram”da müğənniləri, jurnalistləri qınağa çəkə bilirsiniz. Əlinizdə əlacınız olsa, deyərsiniz, kim nə qədər qazanır gətirib hamısını sizə versin. Ayıb olsun, biədəb sözlər yazanlara. Qaldı ki, alçaya... 10 manata hər yerdə var, gedin alın, zəhərlənin”, - deyə T.Qumral yazıb.
A.S.
www.oxu.az
Rəylər