ARB TV-nin “Evgördü” verilişinə qonaq olan tanınmış prodüser Təranə Səmədova maraqlı açıqlamalar verib.
Oxu.Az baku.ws-ə istinadla xəbər verir ki, o, anası ilə olan münasibətilərindən bəhs edib.
“Anam çox saf qadındır. Onun ürəyini almaq çox asandır. Anamın mənə verdiyi məsləhətlər məni uçuruma aparıb. Atam tez dünyasını dəyişdiyi üçün məni anam böyüdüb. Hər şeyə görə ona borcluyam. Onunla söz-söhbətimiz düşən anda, qanlı-bıçaqlı düşmən olan zaman da demişəm ki, sən mənim anamsan. Sənə ömür boyu borcluyam”, - deyə prodüser bildirib.
A.S.
www.oxu.az