Dövlət İmtahan Mərkəzi (DİM) “Azərbaycan dili” imtahanından “qeyri-məqbul” qiymət alan abituriyentlərə müraciət edib.
DİM-dən Oxu.Az-a verilən xəbərə görə, aprelin 9-da qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün keçirilmiş “Azərbaycan dili” imtahanında “qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən şəxslər elektron ərizələrində I-IV ixtisas qrupları üzrə yazda keçiriləcək imtahanda iştirak etmək üçün qeyd aparıblarsa, aprel-may aylarında keçiriləcək ilk qəbul imtahanında iştirak edə bilərlər.
Lakin iyunun 11-də keçiriləcək növbəti Azərbaycan dili imtahanında “qeyri-məqbul” qiymət alacaqları təqdirdə, onlara ixtisas seçimində iştirak etməyə icazə verilməyəcək.
E.Ə.
www.oxu.az