7 mayda Dominikan Respublikasında amerikalı model Sarah Margaret Scottla evlənəcək türkiyəli aktyor Tolga Karel, Playa Las Ballenas adasını bir həftəlik kirayəyə götürüb.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu, məşhur aktyora 90 min dollara başa gəlib.

Cütlük bal ayını isə Las-Veqas və Los-Ancelesdə keçirəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl içkili vəziyyətdə kamerlara tuş gələn aktyor toya etməyə pulu olmadığını deyərək göz yaşı tökmüşdü.

Aytən Sadıqzadə
www.oxu.az