İran televiziyası “Gem TV”də yayımlanan rol aldığı serialın prodüserindən pulunu ala bilməyən türkiyəli aktyor Tolga Karel “toyumu necə edəcəyəm?” deyərək göz yaşı töküb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, o, Türkiyədə yaşayan və orada fəaliyyət göstərən azərbaycanlı model Günay Museyeva ilə evliliyini keçən il bitirib. Cütlüyün bir oğlu var.
:640.jpg)

Hazırda amerikalı model Sarah Scott ilə nişanlı olan Karel “Mənim yaxın günlərdə toyum olacaq. Pulumu ala bilməsəm, necə toy edəcəyəm?” deyərək kövrəlib.

Alkoqolun təsirindən göz yaşlarını tuta bilməyən Kareli dostları təsəlli edib.

Çəkilişlər üçün 3 aydır Antalyada olan aktyor 7-ci bölümdə serialdan ayrılmağı düşünür.

Xatırladaq ki, may ayında evlənməyi planlaşdıran Tolga Karel nişanlısına 20 min dollara təkqaşlı üzük hədiyyə etmişdi.

Aytən Sadıqzadə
www.oxu.az