Prodüser Tolik (Tarix Əliyev)Türkiyədə yayımlanan “İşte benim stilim” verilişinin münsifləri Kamal Doğulu ilə Nur Yerlitaşın azərbaycanlı iştirakçı Sima Şərəffətdinovanı tənqid etməsinə kəskin reaksiya verib.
Oxu.Az xəbər verir ki, o, fikirlərini sosial şəbəkədə yazaraq, K.Doğulunu tənqid edib:
“Bu insanı Türkiyədə tanımırdım. Hakan Akkaya haqqında xoşagəlməz söhbətlər yayıldı, bu da adam oldu çıxdı ortaya. Kamal Doğulu, həddini bil. Azərbaycanda səndən hörmətli, zövqlü, ağıllı insanlar var ki, səni pulla alıb, Bakıya gətirərlər. Burada saç kəsərsən. Danışığını bil. Simanı tanımıram. Günah Simadadır ki, orada türk dilində danışır. Kamal, sənin sağında və solundakılar ildə 4 dəfə Bakıya gəlib pul qazanırlar. Buradakıların zövqünə şübhən olmasın. Bizdə səndən yaxşıları var. Bizim ağlımız yoxdur ki, bunların ölkəmizdə pul qazanmalarına yol veririk. Efirdə Azərbaycan xalqından üzr istə, bir gün bura gələndə pis olacaq. Sən məni tanımaya bilərsən, amma İvana tanıyır. Ondan soruşarsan".
Tolik yarışmanın digər münsifi Nur Yerlitaşın Simanı erməniəsilli amerikalı porno ulduz Kim Kardaşyana bənzətməsinə də münasibət bildirib:
“Sən o Simadır nədir, ona nə istəsən deyə bilərsən. Amma azərbaycanlı qızını hansısa erməninin ölü görünüşünə bənzədə bilməzsən. Sən o Nursan ki, Bakıya gəlib, bizim gəlinlərimizə paltar tikib mükafat qazanırsan. Ermənipərəst, sən haranın modelyeri olmusan ki, Azərbaycan qızını erməninin ölü vəziyyətindən pisə oxşadırsan?! Günah bizdədir, belələrini adam sayıb ölkəmizə gətiririk. Ən azından öz ayıblarına bax: masanın üstündə 10 dənə əşya qoyursan ki, kiloların görünməsin. Bir az özünüzə gəlin. Arada Azərbaycanın da çörəyini yeyirsiniz”.