Prodüser Tarix Əliyev (Tolik) erməni təmsilçi İveta Mukuçyanın “Eurovision”da qondarma Dağlıq Qarabağ bayrağı qaldırmasına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, prodüser erməniyə bu hərəkətinə görə etiraz etmədiyi üçün təmsilçimiz Səmra Rəhimlini sərt tənqid edib:
“Bunu ermənilər qabaqcadan planlaşdırıblar! Səmra əlində Azərbaycan-Türkiyə bayrağı çıxsın, gücümüzü göstərsin, etiraz etsin. Nəyə gedib ora?
Bu musiqili yarışma da olsa, hamı bilir ki, siyasi xarakter daşıyır. Oradakı azərbaycanlılar o bayrağı alıb, yandıra bilmirlər? Nədən qorxurlar? Allah Azərbaycanı və prezidenti qorusun. Səmra kimilərin təbliğinə qalsaq, batarıq”.
