Belarusda keçiriləcək II Avropa Oyunları idman yarışının ulduz səfiri Əməkdar artist Tünzalə Ağayeva seçilib.
Oxu.Az xəbər verir ki, Belarusun Azərbaycandakı səfirliyində əməkdar artist Tünzalə Ağayevaya “II Avropa Oyunlarının ulduz səfiri” sertifikatı təqdim edilib.
Sertifikatı Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç təqdim edib.
Səfir Belarusun II Avropa Oyunlarına çox fəal şəkildə hazırlaşdığını bildirib.
“Azərbaycan I Avropa Oyunlarını çox yüksək səviyyədə keçirib və bu səbəbdən də Belarus tədbirin keçirilməsinə daha məsuliyyətlə yanaşır”, - deyə Gennadi Axramoviç qeyd edib.
Qeyd edək ki, Belarusun Xalq artistləri Askold və Edqard Zapaşni, Belarus Respublikasının BMT Uşaq Fondu (UNICEF) nümayəndəsi Dr. Rəşid Mustafa Sərvər, Ukraynanın məşhur müğənnisi Ani Lorak və fiqurlu konkisürmə üzrə Rusiya çempionu Aleksey Yaqudin II Avropa Oyunlarının ulduz səfiri seçilib.

Rəşad Əliyev