Yay aylarında özünə silahla qəsd etməyə çalışan türkiyəli aktrisa Harika Avcı haqqındakı hər şeyi “Hürriyet”ə danışıb.
Oxu.Az xəbər verir ki, Avcı “Yaşadığınız son hadisə qəza da deyildi, intihar da. Nə baş verdi o gün?” sualına belə cavab verib:
“Özümü bilərəkdən vurdum. Bu, əslində yaşadıqlarıma qarşı bir aksiya idi”.
-Hadisə necə oldu?
- İbrahimin (red.- həyat yoldaşı) silahlarını vəkilə təslim etmək istədim. Amma almadı. Səhərə yaxın əsəblərim onsuz da xarab idi. Otağıma getdim. Yatağımda oturdum. Silah sol əlimdə idi, yerə düşdü. Birdən qərar verdim. Və özümü vurdum”
- O vəziyyətə necə gəlmişdiniz?
- Olanlardan baş çıxara bilmirəm.
-İndi özünüzü necə hiss edirsiniz?
- Çox yaxşıyam. Həyat məndən qorxsun. Küllərindən doğuldu deyə bir deyim var. Mən küllərimdən doğulmamışam, çünki heç yanmamışam. Mən elə atəşin özüyəm”.
Aytən Sadıqzadə
www.oxu.az