Türkiyəli məşhur aktrisa Türkan Şoray xəstəxanalıq olub.
Oxu.Az xəbər verir ki, bağırsaq infeksiyasından əziyyət çəkən sənətçi beş gündür xəstəxanadadır.
Narahatlığı səbəbilə bir müddətdir yemək yeməyən Şoray buna görə çəki itirib.
Qeyd edək ki, Türkan Şoray ötən ildən bəri əziyyət çəkdiyi qan xəstəliyinə görə əməliyyat olunmuş və 12 kiloqram arıqlamışdı.
Şoray kilolarının bu xəstəliklə bağlı olduğunu bildirib.
Pərviz Hüseyn
www.oxu.az