Türkiyə mətbuatı rəqqasə Oksana Rəsulovanın Hindistanda keçirilən “İndias Best Cine Star Ki Khoj” rəqs yarışmasındakı qalibiyyətini işıqlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı “bollywoodhaberleri.com” saytı verib:
“Hindistanda keçirilən “İndias Best Cine Star Ki Khoj” yarışmasında Oksana Rəsulova birinci olub. Qardaş ölkə Azərbaycandan olan Oksana Bollivud ulduzu Preti Zintaya oxşarlığı ilə də diqqət çəkir. Azərbaycan qızını biz də təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq”.

Aytən Sadıqzadə