Heydər Əliyev Sarayına ulduzların axını davam edir.
Oxu.Az xəbər verir ki, Türkiyənin məşhur müğənnisi və söz yazarı Gülşən Azərbaycanda konsert proqramı ilə çıxış edəcək. Konsertin may ayının 25-də Heydər Əliyev Sarayında baş tutacağı gözlənilir.
Qeyd edək ki, pop musiqi ifaçısı Gülşənin indiyədək 12 albomu işıq üzü görüb. Onun ifa etdiyi hit mahnılar içərisində “Be Adam”, “Saz Mı, Caz Mı?”, “Of... Of...” və digər mahnıları həm türk, həm də azərbaycanlı dinləyicilər tərəfindən çox sevilib.
Aytən Sadıqzadə
www.oxu.az