Ağciyər xərçənginə tutulan 50 yaşlı türkiyəli müğənni Naşide Göktürk xəstəxanaya yerləşdirilib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, “Sakın ha” adlı mahnısıyla 90-cı illərə damğasını vuran Göktürkün Niran Ünsalın şirkəti “NÜ Musiqi”dən çıxaracağı albom üçün hazırlıq işləri görərkən studiyada qəfil halı pisləşib. Yanında olan Niran Ünsal təcili tibbi yardım çağıraraq onu xəstəxanaya aparıb.
Xəstəliyinin dördüncü mərhələsində olan Göktürkə dərhal tibbi müdaxilə edilib.
Xəstəxanaya ilk olaraq müğənninin yaxın rəfiqəsi Gülten Kaya gedib.
Göktürkün pərəstişkarlarına xatirə qalsın deyə çıxarmaq istədiyi albomunda Sezen Aksu da “Aramıza yollar” adlanan mahnısını verib.