Türkiyəli klipmeyker Kamal Başbuğ bu gün Bakıya gəlir.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, o, müğənni Zarina Məmmədovanın mahnısına klip çəkəcək. Kamal öz komandası ilə birgə birbaşa Qəbələyə yola düşəcək. Klipin çəkilişləri orada gerçəkləşəcək.
Müğənninin Lent.az-a verdiyi məlumata görə, musiqisi Pərviz Mahmudovun, sözləri Aygün İsmayılovanın olan “Bir acı” mahnısı Türkiyədə aranjiman olunub:
“Mahnını çoxdan yazdırmışam, ancaq dinləyicilər hələ eşitməyiblər, istədim kliplə birgə üzə çıxsın”.
Zarina türk rejissoruna müraciət etməyinin səbəbini də açıqlayıb:
“Bu, mənim türk rejissoru ilə ilk işbirliyim deyil. Bundan öncə də bir neçə klipimi, məhz Kamal çəkib. Ancaq hər dəfə klip çəkdirəndə mən İstanbula gedirdim. Artıq orada klip çəkdirmək mənim üçün yenilik deyil. Ona görə istədik bu dəfə biz rejissoru gətirək və burada işləyək”.
Qeyd edək ki, Zarina Kamalla bu gün axşam Qəbələyə gedəcək. Klip isə fevralda təqdim olunacaq.