Türkiyəli müğənni Arzu Ece çətin günləri geridə qoyub.
Oxu.Az xəbər verir ki, 1989-cu ildə “Grup Pan” ilə “Eurovision”a qatılan və yarışmada “Bana Bana” mahnısıyla Türkiyəni təmsil edən Ece illərdir ki, döş xərçəngiylə mübarizə aparırdı.
Sağ döşü kəsilən və İstanbulda radioterapiya müalicəsi alan müğənni sağlamlığına qovuşduqdan sonra Amerikada məskunlaşıb. Florida ştatında yaşayan Arzu Ece ötən gün “Florida Türk Evi”ndə təşkil edilən Cumhuriyyət Günündə səhnəyə çıxıb. O, gecədə Atatürkün sevdiyi mahnıları səsləndirib.
Aytən Sadıqzadə