Noyabrın 17-si Heydər Əliyev Sarayında Milli Dirçəliş Gününə həsr olunmuş “Biz sənin övladlarınıq” adlı uşaqlar üçün konsert proqramı keçiriləcək.
Oxu.Az xəbər verir ki, musiqili-əyləncəli konsert proqramında, uşaqları rəngarəng rəqslər, illuziya nömrələri, balaca mahnı ifaçıları və gənc müğənnilərin çıxışı gözləyir. Saat 14:00-da başlayacaq konsertin biletlərini şəhərimizin kassalarından əldə etmək olar.
Aytən Sadıqzadə