Türk kinosunun Leonardo Di Kapriosu adlandırılan məşhur aktyor Arda Kural şizofreniyadan əziyyət çəkir.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyorun qonşuları ondan polisə şikayət ediblər. Buna səbəb isə küçədə yaşamağa başlayan Ardanın onların uşaqlarını qorxutmasıdır.
Anası ilə birlikdə yaşayan A.Kural ev yiyəsinin tələbi ilə mənzili boşaltmalı olub. O, bir müddət boş mənzildə yaşayıb.
Lakin qonşular onun paltarlarını toplayaraq çamadanlarını binanın həyətinə qoyublar. Bu səbəbdən həyətdə yaşamalı olan Arda burada qəribə hərəkətləri ilə sakinləri qorxutmağa başlayıb.
Qeyd edək ki, aktyor “Kuzenlerim”, “Lise defteri”, “Eyvah babam” seriallarında yaratdığı obrazlardan sevilib. O, 2012-ci ildə Ruhi Əsəb Dispanserində müalicə alsa da, yenidən əvvəlki vəziyyətinə qayıda bilməyib.