Müğənni Murat Göğebakan müalicə aldığı xəstəxanada həyatla əbədi vidalaşıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun illərdir xərçəng xəstəliyindən əziyyət çəkən ifaçı bu gün səhər saat 08:46-da xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan onun üçün “Uzun Adam” adlı mahnını yazan sənətkarı evində ziyarət etmişdi.
Məlumat üçün bildirək ki, Murat Göğebakan 1968-ci ildə Adanada dünyaya göz açıb. 1986-cı ildə Hacettepe Ankara Dövlət Konservatoriyasına daxil olub. M.Göğebakanın gənc yaşında qurduğu ilk evlilikdən Bülent adlı övladı var.
Allah rəhmət eləsin!
Aytən Sadıqzadə
www.oxu.az