Moskvanın Tversk məhkəməsi Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovskiyə qarşı Azərbaycan xalqını təhqir etdiyi üçün irəli sürülmüş 100 milyon məbləğində iddiaya baxacaq. Məhkəmənin mətbuat katibi Yekaterina Korotovanın dediyinə görə, mülki işə baxış üçün məhkəməyə hazırlıq iyul ayının 31-də olacaq.
Oxu.Az haqqın.az-a istinadən xəbər verir ki, məhkəməyə Sadiq və Elmira Məmmədovlar müraciət ediblər, onlar Jirinovskinin təhqiredici bəyanatı təkzib etməsini və onların hərəsinə 50 milyon rubl təzminat ödəməsini tələb ediblər.
Qeyd edək ki, RF Dövlət Duması da işə cəlb edilib, belə ki, deputat təhqiredici nitqi ilə burada çıxış edib.
Xatırladaq ki, RLDP lideri Dövlət Dumasında bəyan edib ki, azərbaycanlı adlı millət yoxdur.
“Azərbaycan nədir? Mən rus dilinə tərcümə edirəm. “Azər” – “Xəzər dənizi” deməkdir, “bayca” – “diyar”. Yəni bu bu insanlar Xəzər dənizi sahilində yaşayırlar. Rus dilində xəzərlilər. Bu nədir, millətdir ki? Bu, sadəcə orada yaşayan adamlar deməkdir”, - o bəyan edib.