“Oskar”ın qırmızı xalçasında hamı gözəl libaslar, dəbdəbəli bəzəklər və ən populyar ulduzları görmək arzusunda idi. Amma ən maraqlısı bir qədər sonra oldu.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Amerikannı “Vanity Fair” jurnalının qaliblərin şərəfinə təşkil etdiyi afterparty-yə Cessika Alba, Keyt Bosurit, Diana Krüger, Qven Stefani öz sevgilsii Bleyk Şelton ilə, Antonio Banderas rəfiqəsi Nikol Kidman və digərləri qatılıb.
“Oskar”ın qırmızı xalçası bu il çox pərəstişkarları məyus etdi: həm dəvət olunmuş ulduzların siyahısı, həm də bəzi qonaqların libasları, hətta bəzilərinin makiyajı ilə. Bütün bunları “Vanity Fair” jurnalının təşkil etdiyi gecə haqqında demək olmaz, belə ki, bu gecənin qonaqları çox dəbdəbəli idilər. Ən iri brilyantlar, ən parlaq libaslar və ən dərin dekoltelər hamısı burada idi.
Məsələn, həm zərif, həm də dəbdəbəli görünüşü ilə avstraliyalı Keyt Bosuart hamını təəccübləndirdi, sarışın gözəl gecəyə yasəmən rəngli lələklələrlə bəzədilmiş geyimdə gəlib və kiçik heykəl kimi görünürdü.
Cessika Alba, Selena Qomes, Diana Krüger də geyimlərində çox uğurlu seçimləri ilə hamını təəccübləndirə bildilər.
Aytən Sadıqzadə
www.oxu.az