Hollivud aktrisası Nikol Kidman müğənni Kit Urbandan boşandıqdan sonra imicinə əsaslı dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
Nikol Kidman oktyabrın 6-da Parisdə moda həftəsi çərçivəsində "Chanel" brendinin qonağı olub. Moda evinin səfiri olan aktrisa uzun telli yeni saç düzümünü nümayiş etdirib. O, kameralara ağ köynək və boz gen şalvarda poz verib, obrazını gümüşü saatla tamamlayıb.
Sentyabrın 30-da Nikol Kidman müğənni Kit Urbanla nikahının pozulması üçün ərizə verib və boşanmaya ciddi fikir ayrılıqlarını səbəb gətirib.
Nəşrin insayderi hesab edir ki, cütlük Kit Urbanın yeni sevgilisi olduğuna görə ayrılıb.
2005-ci ildən bir yerdə olan cütlüyün Sandey Rous və Feyt Marqaret adlı iki ümumi övladı var. Onlar qızlarının surroqat ana tərəfindən dünyaya gətirildiyi faktını gizlətmirlər.