Təşkilatçı, “Səs production”ın rəhbəri Nahid Emiloğlu ürək əməliyyatı olunduğu üçün bir müddət işlərindən uzaqlaşmışdı.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, təşkilatçı ötən gündən etibarən fəaliyyətini bərpa edib.
N.Emiloğlunun xeyli arıqlaması da diqqətdən qaçmayıb.
“Səhhətim yaxşılaşıb, həkimlər bir təhlükə olmadığını deyiblər. Xəstəlikdən sonra 12 kiloqram arıqlamışam. Ürəyimlə bağlı artıq çəkidən xilas olmağımı məsləhət görüblər. Pəhriz saxlayıram. Bundan sonra 20 kiloqram da arıqlamalıyam. Hələ idmana icazə verilmir. Bir müddət sonra idmanla da məşğul olmağa başlayacağam” - deyə N.Emiloğlu bildirib.