Yenicə Qazaxıstandan konsertdən qayıdan müğənni Üzeyir Mehdizadə 14 Dekabr İsraildə məşhur restoranların birində konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, müğənnidən əlavə konsertdə İsrailin tanınmış müğənniləri də çıxış edəcək.
1200 nəfərlik restoranda artıq bütün biletlər satılıb.Tanınmış təşkilatçı Samir Xattabın sözlərinə görə yanvar ayının 9-da isə Üzeyirin yeni mahnısına çəkilmiş klip mətbuata təqdim olunacaq.