Murad Dadaşov “Maşın” realiti şou ilə Yeni il ərəfəsində ATV kanalında tamaşaçılarını ekran başına toplayacaq.
Oxu.Az xəbər verir ki, dekabr ayının 14-ü başlayacaq “Maşın” realiti şouda 18 məşhur insan yarışacaq. Final gecəsi isə 31 dekabra təsadüf edəcək.
İştirakçılar arasında Roza Zərgərli, Günay İbrahimli, Samir Piriyev, Çingiz Mustafayev, stilist Anar Ağakişiyev, teleaparıcılar Günel Hümbətova, Aydan Axundzadə, Şəhriyar Əbilov, Mirsalam Mirsalamov və başqaları var.
Aytən Sadıqzadə
www.oxu.az