Ötən gün Rusiyanın xalq artisti Valeriya Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.
Oxu.Az xəbər verir ki, müğənni 45 yaşını azərbaycanlı tamaşaçılar ilə birgə səhnədə qeyd edib.
Pop musiqi ifaçısı Bakını çox sevdiyini söyləyib.
Xatırladırıq ki, o ailəsi ilə birlikdə ötən ilin dekabr ayında Yeni ili keçirmək üçün Bakıya gəlmiş və öz statuslarında Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu yazmışdı.
Konsertdən olan fotoları sizə təqdim edirik:
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az