Ötən gün məşhur “VİA Qra” qrupunun cazibədar eks-solisti, populyar müğənni Vera Brejneva Bakıda konsert verib.
Oxu.Az Qafqazinfo-ya xəbər verir ki, sənətçi Bakı Şopinq Festivalının fəxri qonağı kimi Heydər Əliyev Sarayının səhnəsində çıxış edib.
Vera rəqslərlə, xüsusi effektlərlə möhtəşəm şou təqdim edib, həmçinin yeni mahnılarını səsləndirib.
“#Nomer1” adlı musiqi gecəsində müğənni 1 saata 6 geyim dəyişib. Bundan əlavə, Vera tamaşaçıların bir neçəsinin başına tac taxaraq səhnəyə dəvət edib.
A.S.
www.oxu.az