Rus estradasının ən seksual müğənnisi, “VİA Qra” triosunun keçmiş solisti Vera Brejneva növbəti dəfə bakılı pərəstişkarlarını sevindirəcək.
Oxu.Az “Exo”ya istinadən xəbər verir ki, iyulun 26-da saat 20:00-da gözəl və çox istedadlı Vera Brejneva növbəti dəfə Sea Breeze otelinin səhnəsindən xüsusi konsert proqramı ilə çıxış edəcək.
Standart biletlərin (ayaq üstə) qiyməti 40 manat, premium biletlərin qiyməti isə 120 manat təşkil edir. 







