Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Viktoriya Bekhem “Spice Girls”da oxumamaq üçün bir milyon funt sterlinq alıb - FOTO
Britaniyalı müğənni və dizayner Viktoriya Bekhem “Spice Girls” qrupu ilə oxumaqdan imtina etsə də, kollektivin üzvü olduğuna görə təxminən bir milyon funt sterlinq (2 113 000 AZN) qazanıb.
Bu barədə “The Sun” xəbər yayıb.
O, reklamdan, lisenziyalı müqavilələrdən və qrupun firma mallarının satışından əldə olunan gəlirlərin 1/5-ni qazanıb.
Bununla belə, Bekhemin modellik biznesi artıq bir neçə ildir ki, gəlir gətirmir. Onun şirkəti ötən ili 12 milyon funt sterlinq (25 356 400 AZN) zərərlə başa vurmuşdu.
Ən çox oxunanlar