Xalq artisti Nazpəri Dostəliyevaya canlı yayımda at hədiyyə ediblər.
Oxu.Az-ın Axşam.az-a istinadla məlumatına görə, Şəmsəddin adlı şəxs atı “5/5” verilişinə gətirib.
“Öz təsərrüfatımdandır. Adı Samuxdur. Bilirəm ki, Nazpəri xanım atları sevir”, - deyə həmin şəxs bildirib.
O, aparıcı Zaur Kamala da qara rəngli Qarabağ atı bağışlayacağını deyib.
N.Dostəliyeva ona bundan əvvəl də at bağışlandığını söyləyib.
A.S.
www.oxu.az