Bu günlərdə Gülüstan sarayında baş tutan toyda məşhur müğənnilər və xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış müğənnilər Aleksandr Serov, Soso Pavliaşvilinin də dəvət aldığı mərasimdə müğənni Emin Ağalarov da mahnı ifa edib.
Yerli məşhurlardan isə Xəyyam Nisanov və Abbas Bağırov toy mərasimində iştirak edib. Toydan olan fotoşəkilləri məşhurlar öz “Instagram” hesablarında paylaşıblar.
A.S.
www.oxu.az