Malayziya məhkəməsi Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın ölümünə aidiyyəti olmaları ehtimal edilən iki qadına qarşı ittiham irəli sürəcək.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Məhəmməd Apandi Əliyə istinadən “France-Press” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, əslən Vyetnam və İndoneziyadan olan iki qadının günahı sübut edilərsə, onlar edam ediləcəklər.
N.О.