Müğənni Xatirə İslam sosial şəbəkədə çimərlik geyimindəfotosunu paylaşıb.
Oxu.Az xəbər verir ki, ifaçı şəklə “Özümə söz verdim ki, daha heç nəyə əsəbiləşməyəcəm. Üç insanın yas mərasiminə getdim, hamısı da infarkdan ölüb. Axı niyə mən bu qədər əsəb keçirdib, tez məhv olmalıyam? Görəsən, hamının inanıb, iş tapşırdığı insanlar onu belə aldadır? Başına oyun açır, yoxsa tək mənimkilərdir? Görəsən, mənim başıma bir iş gəlsə, o adamlar kimi aldadacaqlar? Heç olmasa məni qoruyub, axıra kimi aldadıb, pulumu yeyələr də” sözlərini yazıb.