Müğənni Xatirə İslamın “ATV maqazin onlarla” verilişinə müsahibəsində “Qadın boşananda ayağını əyri yola da atır” sözləri insanlar tərəfindən birmənalı qarşılanmayıb.
Oxu.Az xəbər verir ki, müğənni sosial şəbəkə vasitəsilə həmin mövzuya yenidən münasibət bildirib.
İfaçı dediyi sözlərin bəzi jurnalistlər tərəfindən yanlış qələmə verildiyini vurğulayıb:
“Mən harada demişəm ki, qadınlar boşanandan sonra pis yola düşür? Bu məlumat sizdə hardandı? Gicitikanı öz qoluna sürtən kimdir? Onu qaşınan yerindən qaşıyım. Hərdən yazılarda gözümə sataşır ki, guya mən belə sözlər demişəm.

Bu boyda yalan yazılmaz. Dietadayam, əsəbiyəm. Beynimi xarab etməyin”.
