Müğənni Xatirə İslam ona efirə çıxmağa mane olan insandan bəhs edib.
Oxu.Az xəbər verir ki, ifaçı İnstagram hesabında həmin şəxsə ürək sözlərini ünvanlayıb:
“Kimsə öz aləmində hansısa verilişə çıxmağıma və əli nəyə çatırsa, orada mənə qadağa qoymağa çalışır. Ona görə Allah dəvəyə qanad verməyib. O adamın kim olduğunu bilirəm. Çünki tanıyıram, həmişə arxada torba tikir. Bir yerdə çörək kəsmişik, ayıbdır. Səsi, sənəti olan birinə hər yerdə yer var. Boş yerə əziyyət çəkməyin”.
Aytən Sadıqzadə