Müğənni Xatirə İslam həyat yoldaşı ilə münasibətlərindən danışıb.
Oxu.Az “10lar” verilişinə istinadla xəbər verir ki, müğənni həyat yoldaşının çox kaprizli olmasından söz açıb.
“Bir yerdə məclislərə gedəndə yoldaşıma deyirlər ki, siz ki Xatirənin kaprizlərinə dözürsünüz...
Ürəyimdə deyirəm ki, o mənim yox, mən onun kaprizlərinə dözürəm. Fəxrəddin (həyat yoldaşı) çox çətin insandır. Aramızda qalın pərdə var. Biz hələ də bir-birimizdən çox utanırıq. Ailəmizdə yüngülvari söz-söhbət olanda mən onu ürəyimə salıram. Heç kimlə bölüşmürəm”.
Müğənninin etiraflarına süjetin 2.50-ci dəqiqəsindən baxa bilərsiniz.
Aytən Sadıqzadə
www.oxu.az