Misirli din xadimi və Salafist Call təşkilatının vitse-prezidenti Yasir Bürhəmi qeyri-adi fətva verib.
Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, fətvada deyilir ki, qanuni ərin həyatına təhlükə olarsa, o, öz arvadının başqa kişi tərəfindən zorlanmasına mane olmamalıdır. Bürhəmi dini sənədi Aaasalafy.com saytında dərc edib.