“Kömək etmək vicdan işidir. Bu, zorla olası deyil. Nə də borc deyil. Sosial şəbəkələrdə elə sözlər yazırlar ki, adamın qəlbinə dəyir. Biz də zəhmət çəkmişik. Bu gün yediyimiz çörək əziyyətimizin bəhrəsidir”.
Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam ATV-də yayımlanan “Bizimləsən” sosial-ictimai proqramında qonaq olan zamanı deyib.
Sənətçi veriliş zamanı imkansızlara yardım əlini uzadanların daha çox şou-biznes nümayəndələri olduğunu vurğulayıb:
“Çörəyimizdən kiməsə bir tikə veririksə, bu, vicdanımızdan irəli gəlir. Biz əziyyət çəkirik. Xalqın pis günündə sənət adamları, müğənnilər, prodüserlər küçələrdədir. Kömək edilən insanlara da deyirlər ki, ehtiyacınız varsa, yardım istəməyin. Başqasının haqqına girmiş olursunuz. İmkan verin, həqiqətən ehtiyacı olan adamlar bu yardımları alsın”.
Rəşad Əliyev